Zülmətəm lyrics
by Röya
[Bənd 1]
Sənsiz mən zülmətəm, gözümün işığı
Amma sən üzülmə, həyatın işi bu
Gözlərinin yaşılı, saçının sarısı
Mənim qaranlığıma bu iki rəng yaraşır
Sənsiz mən zülmətəm, gözümün işığı
Amma sən üzülmə, həyatın işi bu
Gözlərinin yaşılı, saçının sarısı
Mənim qaranlığıma bu iki rəng yaraşır
[Nəqərat]
Sən işıqsan, mən zülmətəm
Dözürəm sənsiz zülmə tək
Bu həyatda çarə yoxdur
Sənsizliyə və ölümə tək
Sən işıqsan, mən zülmətəm
Baxmır daha üzün mənə
Demirəm ki, üzül mənə
Amma sənsiz düzəlmərəm
[Bənd 2]
Sən demə, doğrularım yalanmış
İşıqlı yollarım qaranlıq dalanmış
Hisslər bu ürəyin xəzinəsidir
Amma ki o xəzinə daha talanmış
Sən demə, qəlbim ona inanmış
Göyərçin sandığım, demə, ilanmış
Bu həyatda insanın tək düşməni
Birinə kor-koranə olan inammış
[Keçid]
Sənsiz mən zülmətəm, gözümün işığı
Amma sən üzülmə həyatın işi bu
[Nəqərat]
Sən işıqsan, mən zülmətəm
Dözürəm sənsiz zülmə tək
Bu həyatda çarə yoxdur
Sənsizliyə və ölümə tək
Sən işıqsan, mən zülmətəm
Baxmır daha üzün mənə
Demirəm ki, üzül mənə
Amma sənsiz düzəlmərəm