Dostumsan, Yoxsa Sevgilim lyrics

by

Röya



[Bənd 1]
Suallar içində düşdüm gümana
Qəlbimi azdırıb saldın dumana
Gözlərin gizlənir baxışlarımdan
Barı əllərinlə cavab ver ona
Gözlərin gizlənir baxışlarımdan
Barı əllərinlə cavab ver ona

[Nəqərat önü]
Səni ürəyimə yazım, ya silim?
Mənim dostummusan, yoxsa sevgilim?

[Nəqərat]
Mənə birdəfəlik söylə ki, bilim
Mənim dostummusan, yoxsa sevgilim?
Mənə birdəfəlik söylə ki, bilim
Mənim dostummusan, yoxsa sevgilim?

[Bənd 2]
Rəhm edə bilmirsən duyğularıma
Ünvansız hisslərə, xəyallarıma
Sənə qonaq gəlmiş xəyallarımı
Naümid buraxma, al qollarına
Sənə qonaq gəlmiş arzularımı
Naümid buraxma, al qollarına
[Nəqərat önü]
Susqun baxışlarla olma qatilim
Mənim dostumsan, yoxsa sevgilim?

[Nəqərat]
Mənə birdəfəlik söylə ki, bilim
Mənim dostummusan, yoxsa sevgilim?
Mənə birdəfəlik söylə ki, bilim
Mənim dostummusan, yoxsa sevgilim?

Mənə birdəfəlik söylə ki, bilim
Mənim dostummusan, yoxsa sevgilim?
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net