Qovuşmaz Yolumuz lyrics

by

Röya



[Bənd 1]
İçini dərd qovuracaq
Sevincini sovuracaq
Səni qəmlə doyduracaq
Qovuşmaz yolumuz bir daha

Eşqə günah söylədin sən
Aman, zalım, neylədin sən?
Məni məndən eylədin sən
Qovuşmaz yolumuz bir daha

[Nəqərat]
Üz tutduğun yollar duman
Səadətin daha güman
Hökmünü verəcək zaman
Qovuşmaz yolumuz bir daha

Dönüb bir gün gələcəksən
‘’Günahkaram’’ deyəcəksən
Dizlərinə döyəcəksən
Qovuşmaz yolumuz daha

[Bənd 2]
Dağım-dağım dağlar sənin
Tikə-tikə doğrar səni
Eləyəcək ağlar səni
Qovuşmaz yolumuz bir daha...
Eşqə günah söylədin sən
Aman, zalım, neylədin sən?
Məni təhqir elədin sən
Qovuşmaz yolumuz bir daha

[Nəqərat]
Üz tutduğun yollar duman
Səadətin daha güman
Hökmünü verəcək zaman
Qovuşmaz yolumuz bir daha

Dönüb bir gün gələcəksən
‘’Günahkaram’’ deyəcəksən
Dizlərinə döyəcəksən
Qovuşmaz yolumuz daha

Dönüb bir gün gələcəksən
‘’Günahkaram’’ deyəcəksən
Dizlərinə döyəcəksən
Qovuşmaz yolumuz daha
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net