Sən Həyatsan lyrics
by Röya
[Bənd 1]
Fikrim ötən günlərimi
Bir kitab kimi varaqlayır
Bu nəğmə mənim sevgimi
Bütün insanlara paylayır
Bir gün görməyəndə səni
Gündüzüm zülmət gecə olur
Sənsiz də nəğməm səslənmir
Könlümün telli tarı susur
[Keçid]
Sənə söyləyirəm
Mən bu sözləri
Duysun bütün dünya
Sevirəm səni
[Nəqərat]
Sən gecəsən, mən şirin yuxun
Sən nəğməsən, mənim sənin sözün
Sən çiçəksən, mən iti tikan
Sən həyatsan, mən sənin mənan
[Bənd 2]
Soyuq qaranlıq dünyada
Sən məni axtarıb tapmısan
Tutqun buludlu səmada
Bir günəştək işıq saçmısan
Məhəbbətin alovuyla
Əritdin donmuş ürəyimi
Eşqin sehrli yoluyla
Apardın uzaqlara məni
[Keçid]
Sənə söyləyirəm
Mən bu sözləri
Duysun bütün dünya
Sevirəm səni
[Nəqərat]
Sən gecəsən, mən şirin yuxu
Sən nəğməsən, mənim sənin sözün
Sən çiçəksən, mən iti tikan
Sən həyatsan, mən sənin mənan
[Keçid]
Sənə söyləyirəm
Mən bu sözləri
Duysun bütün dünya
Sevirəm səni
[Nəqərat]
Sən gecəsən, mən şirin yuxu
Sən nəğməsən, mənim sənin sözün
Sən çiçəksən, mən iti tikan
Sən həyatsan, mən sənin mənan
Sən gecəsən, mən şirin yuxu
Sən nəğməsən, mənim sənin sözün
Sən çiçəksən, mən iti tikan
Sən həyatsan, mən sənin mənan
[Çıxış]
Sən...