Mən Yadına Düşəndə lyrics
by Röya
[Bənd 1]
Tənhalığın ocağında yanacaqsan
Həsrətlərin qucağında donacaqsan
Xatirələr ümidinə qalacaqsan
Mən yadına düşəndə
Əzizlərin, doğmaların yad olacaq
Düşmənlərin eşidəcək, şad olacaq
Kövrək, həzin xatirələr oyanacaq
Mən yadına düşəndə
[Nəqərat]
Ötən günlər vərəq-vərəq çevriləcək
Soyuq ruzigar ürəyini göynədəcək
Körpə uşaq kimi qəlbin kövrələcək
Mən yadına düşəndə
Mən yadına düşəndə
Mən yadına düşəndə
[Bənd 2]
Hara getsən, yerim orada boş qalacaq
Damla-damla gözlərinə yaş dolacaq
Sanma, qəlbin məni bir gün unudacaq
Mən yadına düşəndə
Əzizlərin, doğmaların yad olacaq
Düşmənlərin eşidəcək, şad olacaq
Kövrək, həzin xatirələr oyanacaq
Mən yadına düşəndə
[Nəqərat]
Ötən günlər vərəq-vərəq çevriləcək
Soyuq ruzigar ürəyini göynədəcək
Körpə uşaq kimi qəlbin kövrələcək
Mən yadına düşəndə
Mən yadına düşəndə
Mən yadına düşəndə
Ötən günlər vərəq-vərəq çevriləcək
Soyuq ruzigar ürəyini göynədəcək
Körpə uşaq kimi qəlbin kövrələcək
Mən yadına düşəndə
Ötən günlər vərəq-vərəq çevriləcək
Soyuq ruzigar ürəyini göynədəcək
Körpə uşaq kimi qəlbin kövrələcək
Mən yadına düşəndə
Mən yadına düşəndə
Mən yadına düşəndə
Mən yadına düşəndə
Mən yadına düşəndə