Əlvida lyrics
by Röya
[Bənd 1]
İncidim, sızladım, ağrıdım yaman
Könlümü pərişan eylədi zaman
Çəkdim, nələr çəkdim bu gənc yaşımda
Qopdu müsibətlər mənim başımda
[Nəqərat]
Əlvida, gedirəm, əlvida, həyat
Yəqin, göylərdədir azadə həyat
Bir nakam taleyin qurbanı oldum
Əlvida, gedirəm, əlvida, həyat
Gedirəm, ruzgarın apardığı yerlərə mən gedirəm
Gedirəm, ruhların ucaldığı yerlərə mən gedirəm
Gedirəm, müsibətlərin bitdiyi yerlərə gedirəm
Gedirəm, yalanların olmadığı yerlərə gedirəm
Gedirəm, əlvida
[Bənd 2]
Sındı arzuların qanadı-qolu
İtdi sevgilərin qovuşan yolu
Bilməzdim, sevginin acıdır sonu
Qismətim olmadı gəlinlik donu
[Nəqərat]
Əlvida, gedirəm, əlvida, həyat
Yəqin, göylərdədir azadə həyat
Bir nakam sevginin qurbanı oldum
Əlvida, gedirəm, əlvida, həyat
Gedirəm, ruzgarın apardığı yerlərə mən gedirəm
Gedirəm, ruhların ucaldığı yerlərə mən gedirəm
Gedirəm, müsibətlərin bitdiyi yerlərə gedirəm
Ah, gedirəm, yalanların olmadığı yerlərə gedirəm
Gedirəm, əlvida