Bərəyə Bax, Bərəyə lyrics
by Röya
[Bənd 1]
Aşiqəm gözlərinə
Vuruldum sözlərinə
Aşiqəm gözlərinə
Vuruldum sözlərinə
Özüm özünə qurban
Gözlərim gözlərinə
Ədalı yar, nisgilli yar
Onu burax, bana gəl
Olurmu, yar?
[Nəqərat]
İki sevda çəkənlərin cəzası var, ay aman
İki sevda çəkənlərin cəzası var
[Bənd 2]
Əzizinəm, barama
Qara teli darama
Əzizinəm, barama
Qara teli darama
Sənə qurban olaram
Yara vurma yarama
Ədalı yar, nisgilli yar
Onu burax, bana gəl
Olurmu, yar?
[Nəqərat]
İki sevda çəkənlərin cəzası var, ay aman
İki sevda çəkənlərin cəzası var
[Bənd 3]
Bərəyə bax, bərəyə
Neyçin baxdın dərəyə?
Bərəyə bax, bərəyə
Neyçin baxdın dərəyə?
Babamın parası yox
Bizi evləndirməyə