Sevgi Payım lyrics

by

Röya



[Bənd 1]
Bu sevgi payımı alıb əlimdən
Məni damla-damla əritmə daha
Sevgi nəfəsimi alıb dodaqdan
Məni hissə-hissə çürütmə daha

İndi yalnız qalan məhəbbətimi
Sevgi bağçasında axtarıram mən
Tikanlı güllərin arasındakı
Öz sevgi payımı tapmıram daha

O qara gözünü çəkib gözümdən
Məni qaranlığa qərq etmə daha
Qaytar o sevgiyə, qaytar dünyaya
Məni axirətdə buraxma daha
Məni röyalardan oyatma daha

[Bənd 2]
Şirin yuxum idin riyalarınla
Yalan sözlərinlə, inadlarınla
Şirin yuxum idin riyalarınla
Yalan sözlərinlə, inadlarınla

Yarımçıq sevginlə, xəyallarınla
Bu sevgi payımı alma əlimdən
Gizli dünyamızı qurdum səninlə
Cəhənnəm əzabın göstərib mənə
Məni röyalardan oyatma daha
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net