Evlisən lyrics
by Röya
[Bənd 1]
Yox, elə bilmə ki, unutdum mən səni
Yox, elə bilmə ki, kimsə tutub yerini
Canım, gözüm, qəmli gözlərlə baxma mənə
Daha dönən, dönən deyiləm geriyə
Evli olsan da, sevməyə var haqqın
Gecikdim, bu da olsun mənim günahım
Canım, gözüm, son kəs uzat əllərini
Daha dönən, dönən deyiləm geri
[Nəqərat]
Mən gedirəm, səni sevirəm
Həsrətdən bax necə ölürəm
Dönən deyiləm, səbəb evlisən
Çünki mənim, mənim deyilsən
[Bənd 2]
Yollarımız ayrı-ayrı olsa da
Səni gördüyüm günə peşman olsam da
Canım, gözüm, qınama daha sən məni
Daha dönən, dönən deyiləm geri
[Nəqərat]
Mən gedirəm, səni sevirəm
Həsrətdən bax necə ölürəm
Dönən deyiləm, səbəb evlisən
Sən mənim, mənim deyilsən
Mən gedirəm...
(Getmə)
(Mənim deyilsən)
Mən gedirəm, səni sevirəm
Həsrətdən bax necə ölürəm
Dönən deyiləm, səbəb evlisən
Çünki mənim, mənim deyilsən
Dönən deyiləm...