Gəl Danış lyrics

by

Röya



[Giriş]
Yuxularını o danışır suya
Mənim üçün yenə sinov gedir guya
Yuxularını o danışır suya
Mənim üçün yenə sinov gedir guya

[Bənd 1]
Hər səhifəsini əzbərləyib oxudum
Səni sevdiyim kitab kimi
Günahlar içində səni sevdim
Amma yazıldı əməlim savab kimi

Səni ətirli güllər içində seçdim
Zövqümə paxıllıq edən çox oldu
Bağban olantək bir gülü sevdim
Başqa güllərimin hamısı soldu

[Keçid]
Od kimiyəm, közərirəm
Yol kimi mən gözləyirəm
Sən kəsilən son nəfəsimin səsi

[Nəqərat]
Gəl danış sevgidən bu gecə
Gəl danış duyğudan
Gecələr hisslərim darıxır
Sevgilim, gəl danış
Gəl danış
Gəl danış sevgidən bu gecə
Gəl danış duyğudan
Gecələr hisslərim darıxır
Sevgilim, gəl danış
Gəl danış

[Bənd 2]
Sevgimə verdirib ömürlük həbs sən
Ürəyimi etdin müsadirə
Cəzamı çəkincə itəcək nəbz
Bitəcək sevgidə müharibə

Ən maraqlı keçən dövrü ömrümün
Sənsən səbəbi sevgi ölümümün
Təksən, cavanlar şahzadəsi
Bərkdir yalanda yananlar səsi

[Keçid]
Yad kimiyəm, darıxıram
Sən gələn yola baxıram
Bil, deməyə çox sözüm qalıb sənə

[Nəqərat]
(De) Gəl danış sevgidən bu gecə
Gəl danış duyğudan
Gecələr hisslərim darıxır
Sevgilim, gəl danış
Gəl danış
(De) Gəl danış sevgidən bu gecə
Gəl danış duyğudan
Gecələr hisslərim darıxır
Sevgilim, gəl danış
Gəl danış

[Bənd 3]
Oxşatdım səni ən pis vərdişə
Təşvişə düşüb əl çəkə bilmədim
Sevgim naminə çox şeyə susdum
Etdiyin bir səhvə göz yuma bilmədim

Hamıyla düşmən, səninlə dost idim
Dilimdən düşən hər xoş söz idin
Ürəyimi incidən ağrı da sənsən
Sevgimin əvvəli də, axırı da sənsən

[Keçid]
Lal kimiyəm, dinə bilmirəm
Niyə deyə bilmirəm
Səninlə üzbəüz gələn zaman?
(Astaca qulağıma yenə də de)

[Nəqərat]
Gəl danış sevgidən bu gecə
Gəl danış duyğudan
Gecələr hisslərim darıxır
Sevgilim, gəl danış
Gəl danış
Gəl danış sevgidən
Gəl danış duyğudan
Gecələr hisslərim darıxır
Sevgilim, gəl danış
Gəl danış

Gəl danış sevgidən bu gecə
Gəl danış duyğudan
Gecələr hisslərim darıxır
Sevgilim, gəl danış
Gəl danış

Gəl danış sevgidən bu gecə
Gəl danış duyğudan
Gecələr hisslərim darıxır
Sevgilim, gəl danış
Gəl danış

[Çıxış]
Etdiyim hər pis əməl qabağıma çıxdı
Əlamətlərə inam ümidimi yıxdı, ürəyimi sıxdı
Sevgimin cüməsi, yeddisi, qırxı çıxdı
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net