De, Niyə lyrics

by

Röya



[Bənd 1]
Soyuq payız küləyi
Əsir qəlbimdə
Sənin ilıq nəfəsin
Yanar içimdə

[Nəqərat]
De, niyə sən gedirsən
Ömrümdən vaxtsız mənim?
De, onda niyə gəldin
Ömrümə mənim?

Toxundum əllərinə
De, niyə titrədi qəlbin?
Söz tapa bilmədim mən
Tutuldu dilim

[Bənd 2]
Ürək dözməz həsrətə
Coşar, çırpınar
Getmə, düşün yenə də
Qəlbim tək qalar

[Nəqərat]
De, niyə sən gedirsən
Ömrümdən vaxtsız mənim?
De, onda niyə gəldin
Ömrümə mənim?
Toxundum əllərinə
De, niyə titrədi qəlbin?
Söz tapa bilmədim mən
Tutuldu dilim
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net