Həsrət Nəğməsi lyrics

by

Röya



[Bənd 1]
Sevgilim, sevirəm, gizlətmirəm ki
Gedirəm, həmişəlik getmirəm ki
“Gəl”, - desən, tez gələrəm

Gözümdə canlanır xəyalın yenə də
Ayrılıq dərd olub sənə də, mənə də
“Öl”, - de, sözsüz, ölərəm

[Keçid]
Ağlama, ağlama, yadlar sevinər
Anam eşidər, qəlbi üzülər
Ağlama bu həsrətin xatirinə

Buludlar dolarsa, yağışlar yağacaq
Gözümün yaşından torpaq da doyacaq
Qovuşmasaq səninlə bir-birinə

[Nəqərat]
Mən səni istəyirəm
Hər zaman gözləyirəm
Həsrətə dözməyirəm, sevgilim

Mən səni istəyirəm
Hər zaman gözləyirəm
Həsrətə dözməyirəm, sevgilim
[Bənd 2]
Bir kimsə yerini eyləmir əvəz
Yoxdur bir həmdəmim, ola da bilməz
Sənsən tək mənim üçün

Belə bir qanun var əzəldən, ey yar
Aşiq öz yarının eşqi ilə yaşar
Mən də tək sənin üçün

[Keçid]
Hönkürüb ağlamaq istəyir qəlbim
Ən uca dağları aşardı dərdim
Qayıtsan tezliklə mənim yanıma

Həsrətin acısını mən də bilirəm
Ağlama, ağlama, mən tez gəlirəm
Dönük çıxmaram mən öz peymanıma

[Nəqərat]
Gəl, yenə əvvəlkitək
Ömrümüz açsın çiçək
Bir-birini xoşbəxt edək, sevgilim

Gəl, yenə əvvəlkitək
Ömrümüz açsın çiçək
Bir-birini xoşbəxt edək, sevgilim
[Çıxış]
Eşq bizim, sevda bizim
Dağ bizim, dərya bizim
Büsbütün dünya bizim, sevgilim

Eşq bizim, sevda bizim
Dağ bizim, dərya bizim
Büsbütün dünya bizim, sevgilim
Sevgilim...
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net