Dəniz lyrics

by

Yap10



Dərinə gedirəm mən, dərinə
Əlin əlimə dəyə bilər, əminəm
Gedir həzinəm bu dənizə xəzinəm
Gedirəm mən dərinə, ən dərinə

Dərinə gedirəm mən, dərinə
Əlin əlimə dəyə bilər, əminəm
Gedir həzinəm bu dənizə xəzinəm
Gedirəm mən dərinə, ən dərinə

Ömür xırda var, sonrası axı sağsan
Ümid gücün yox, bu yerdə axsaqsan
Ölümə güldün amma gün işığı idi almaz
Qaranlıq gələndə işıq aydan ayrı qalmaz

Cismim oldu tabut
Bürüdü ruhu yas
Söz verdik qalaq eyni bizə bu duyğu xas

Könlüm olmur indi qərarlardan əmin
Dərdlərinin çarəsi bu məzarlarda olmaz
Hədəfə əlbət gedə bilərdik və səhnəmizi ümidlərlə büründürdük hər fəsil
Ürəkdə həvəs
Sözümün ardı yox, bizə nə qaldı son
Daha, daha, daha
Ağa, həm çox sözüm var mənim içimdə, həm sözüm yoxdur
Həmişə deyirdin mənim bu dünyada gözüm yoxdur
Nə bilərdim, mən səni yox, qucaqlayacaqdım qara daşı
Ruhun şad olsun, qardaşım
Məni incidir yaddaşım

Var idi xəyallarımız, sən öz ailənlə, mən öz ailəmlə
Ağa, ən rahat sənlə danışırdım inan, mən öz barəmdə
Ağa, ən rahat sənlə barışırdım, yox qardaşın kini
Qandan qardaşım yox, amma səni istəyirdim qardaşım kimi

Ağlıma gəlməzdi ki, nə vaxtsa sənin yoxluğunda sənə darıxam
Həmin gecə istəyərdim batdığın yerdə mənim olum dalğa
Qucaqlayıb atım sahilə
Səni sağaldım daxilən
Mən indi Ağasız Zamiqəm
Eybi yox, görüşdürər axirət

Belə olmamalı idi, səni öldürdü qayalar sərtləşərək
Yenə gecə gəl danışaq küçələrdə sənlə gəzə-gəzə dərdləşərək
Kimin ağlına gələrdi, son dəfə görüşürük, bilsəm getməzdim
Səni bir dəfə qucaqlamaq üçün mən nələri verməzdim

Sənə çox kömək olmaq istədim, əlimdən heç nə gəlmədi
Gözlədim bəlkə sənə güc gələ, bəlkə sənə istək, heç də gəlmədi
Allah bağışlasın günahlarını, çünki, bağışlayandır o
95-dən başladı Role95-lə bitdi bu yol
Dərinə gedirəm mən, dərinə
Əlin əlimə dəyə bilər, əminəm
Gedir həzinəm bu dənizə xəzinəm
Gedirəm mən dərinə, ən dərinə

Dərinə gedirəm mən, dərinə
Əlin əlimə dəyə bilər, əminəm
Gedir həzinəm bu dənizə xəzinəm
Gedirəm mən dərinə, ən dərinə

Sərin bulaq, dərin sular
Nədir bu mövzular?
Dediniz tutur bunlar, edin dua
Gələr guya
Hələ mən görmədim onsuz fələk bir nəfəri geriyə döndürür
İnsanı pul yaşatmır amma pulsuzluq öldürür
Canından imtinadır, əcəb bəladır dünya
Dönür mütəmadi dünya, səbəb fənadır dünya
Mənim 15 yaşım deyil gələ qeyri-adi dünya
Alıb gənc yaşından istedadı rəvadır dünya?!
Yaşamağa peşman idin, bizə dost idin, özünə düşmən idin
İçindən işğal idin
Bizimlə danışmalı idin əvvəl Xəzərdən
Bu bəd nəzərdənsə çıxıb gedərdin şəhərdən
Yada salardın hərdən
Düşün ki, çoxdur dostum
Yoxdur bəlkə deyə qorxudur məni bu dalğalar
Özünü çox da yorma dedim
Öfkəm olmalıdır bumbuz bu dənizə paltar, axıracan üzməliyəm mən
Yarım haçan iş görmüşəm?
Bu natamam və qaçaq ömrüm ruhumu üstələyərkən
Bitir üstəlik erkən

Nə ki, var axır açdım
İçimdə ağır-ağır dağıdıb artıq
Düşün, öldürdüm məni mən
Güllər tələf olan axşamlara bağlar gülərkən

Sədəf sirrinə çatmaqdayam ağrıdan addım-addım
Doğrular 666 dəfə sorğulatdı mənə, ağlamaq ağır oldu deyə bəlkə də

Düşünmə palçıq altına mən indi girdim
Sancı sanma mənə yaddır
Cansıxıcı canı çıxarmamış əzizləyirdim
İyirmi doqquza çatmadı nəfəs
Ölümdə bağlı qaldım
Ömür özü mənə yol verməmiş ona yol vermişəm
Özümdə batdım axır
Damcı-damcı bu su axdı, boğdu məni, yatdım, qalxdım aydın
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net